Previous Next

ADPU-nun nümayəndələri ECAR layihəsi çərçivəsində təlimdə iştirak edib

13-14 may tarixlərində “Azərbaycanda Rektorlar Konfransının yaradılması” (ECAR) adlı “Erasmus+” layihəsi çərçivəsində növbəti təlim Azərbaycan Universitetində keçirilib. 
Təlimin əsas məqsədi elmmetrik bazalar, onların iş prinsipləri, tədqiqatçılar üçün gərəkli imkanları, onlardan istifadə mexanizmləri, məqalələrin hazırlanması standartları və jurnalların seçimi, tədqiqatçı göstəricilərinin yaxşılaşdırılması metodları haqqında iştirakçılara geniş nəzəri biliklərin ötürülməsi və praktiki vərdişlərin yaradılması olub.
“Elmi məqalələrin strukturu, jurnal seçimi və təqdimatı” adlı birinci təlimdə iştirakçılara beynəlxalq indekslənmə bazalarında indekslənən jurnallarda elmi məqalələrin strukturuna qoyulan tələblər, jurnal seçimi və məqalələrin təqdimatı ilə bağlı zəruri məlumatlar verilib.  
İkinci təlim isə “Web of Science” və “Scopus”  elmmetrik bazalarının resurslarından istifadəyə həsr olunub. Təlimdə bazaların iş prinsipləri, axtarış sistemləri, müəllif profillərinin yaradılması haqqında məlumat verilib, bəzi prosedurlar onlayn rejimdə nümayiş etdirilib.   
Qeyd edək ki, təlimdə ADPU-nun Magistatura və doktorantura şöbəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Rəşad Sadıqov və Azərbaycan dili və onun tədrisi texnologiyası kafedrasının müəllimi, filologiya üzrə fəlsəfə doktoru İlkin Əsgərov da iştirak edib. 
Təlimin sonunda iştirakçıların sualları cavablandırılıb, ideya və təkliflər müzakirə edilib.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search