Previous Next

Prorektor Könül Pirverdiyeva Gəncədə keçirilən forumda təqdimatla çıxış edib

Mayın 10-da Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş "İbtidai Sinif Müəllimlərinin Gəncə Forumu" keçirilib.
Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU), Azərbaycan Kitab, Maarif və Poliqrafçılar İctimai Birliyi, “Çinar yayımları”, “Təhsil” və "Everest" nəşriyyatlarının birgə təşkilatçılığı ilə keçirilən forumda 900 müəllim iştirak edib.
Forumda ADPU-nun strateji inkişaf məsələləri üzrə prorektoru Könül Pirverdiyeva "Məktəb bir peşəkar öyrənən icma kimi" mövzusunda təqdimat edib. Təqdimatda qeyd olunub ki, təhsil müəssisələrinin öyrənən təşkilatlar kimi layihələndirilməsi və fəaliyyəti günümüzün çox sürətli sosial-iqtisadi dəyişikliklərinə uyğunlaşmaq və öyrənənlərə dövrün gözləntilərinə uyğun bacarıqlar vermək baxımından mühüm əhəmiyyət kəsb edir. 
Məktəbin biliyin kəşfi və innovasiya proseslərindəki fəal rolunun öyrənmə təcrübələrini daha maraqlı və effektiv etdiyini göstərən akademik araşdırmaların nəticələrini paylaşan prorektor, şəxsi və peşəkar inkişaf, təlim strategiyaları və liderlik təcrübələrinin məktəbin öyrənən təşkilata çevrilmə yolunda necə transformativ təsir yarada biləcəyini nümunələr əsasında qeyd edib.
Qeyd edək ki, Ümummilli Lider Heydər Əliyevin 100 illiyi münasibəti ilə ötən ildən başlayaraq silsilə formada keçirilən “İbtidai Sinif Müəllimlərinin Forumu” Bakıda, Naxçıvanda, Sumqayıtda və son olaraq Gəncədə baş tutub.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search