Previous Next

“İnklüziv təhsildən inklüziv cəmiyyətə” - ADPU-nun Quba filialında tədbir

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında Riyaziyyat və təbiət elmləri fakültəsinin “coğrafiya müəllimliyi” ixtisasının III tədris ili tələbələrinin təşkilatçılığı ilə “İnklüziv təhsildən inklüziv cəmiyyətə” adlı tədbir keçirilib.
Tədbirdə Quba Rayon Mərkəzi Xətəxanasının əməkdaşı Şahbaba Vahabzadə, “Loqos” Nitq İnkişaf Mərkəzinin Xaçmaz filialının nümayəndəsi Ülviyyə Əlifxanova, Regional İnkişaf İctimai Birliyinin (RİİB) Quba nümayəndəliyinin əməkdaşları, sağlamlıq imkanları məhdud olan uşaqlar və valideynləri iştirak ediblər. 
Tədbir tələbələrin Azərbaycan Respublikasının Dövlət Himnini işarət dili ilə ifa etməsi ilə başlayıb. 
Tədbirdə tələbələr məruzələrlə çıxış edərək Ümummilli Lider Heydər Əliyevin, ölkə başçısı Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondunun ölkəmizdə inklüziv təhsilin yaradılması və inkişafı üçün gördüyü işlərdən danışmışlar. 
Daha sonra çıxış edən filialın direktoru, dosent Yusif Alıyev inklüziv təhsil sahəsində ADPU-nun Quba filialında görülən işlərdən danışıb, filialda olan İnklüziv Mərkəzdə sağlamlıq imkanları məhdud şəxslərin və onlarla tədris prosesini həyata keçirəcək müəllim və tələbə heyətinin yararlanması məqsədilə tədris resurslarının toplandığı xüsusi kitabxana və kitabxanada bu sahədə 4 dildə (ingilis, rus, türk və Azərbaycan) mövcud olan dərslik, metodiki vəsaitlər, elmi kitablar, jurnal, qzet və broşurlar haqqında məlumat verib.
Tədbir zamanı, həmçinin filialda fəaliyyət göstərən İnklüziv Mərkəzdə görmə imkanları məhdud olan şəxslərin istifadəsi üçün nəzərdə tutulan xüsusi avadanlıqlar  nümayiş etdirilib. 
Tədbirin sonunda filialın müəllimi və tədbirin təşkilatçısı Günel Şadlinskaya, Riyaziyyat və təbiət elmləri fakültəsinin dekanı vəzifəsini müvəqqəti icra edən Nübar Bayramova, Tədris şöbəsinin müdiri Mələk Bağırova çıxış edib, fəal tələbələr fəxri fərmanlarla təltif olunub, tədbirə dəvət olunan sağlamlıq imkanları məhdud uşaqlara hədiyyələr verilib.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search