Previous Next

ADPU-nun Quba filialının əməkdaşları şəhid Nuran Mirzəyevin məzarını ziyarət ediblər

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialının əməkdaşları şəhid Nuran Mirzəyev məzarını doğum günündə ziyarət edib, daha sonra igid döyüşçünün adını daşıyan bulaq qarşısında toplaşıblar. 
Şəhidin anası Təranə xanım və atası Akif Mirzəyevə sonsuz hörmət və ehtiramlarını ifadə edən ziyarətçilər xalqımızın igid oğlunun keçdiyi şərəfli döyüş yolunun gənc nəsil üçün vətənpərvərlik nümunəsi olduğunu vurğulayıblar.
Xatırladaq ki, Vətən müharibəsindən sonra ADPU-nun Quba filialında bir auditoriyaya İkinci Qarabağ müharibəsində qəhrəmancasına şəhid olan Mirzəyev Nuran Akif oğlunun adı verilib. 1999-cu ilin iyul ayının 27-də Quba rayonunun Dağlı kəndində anadan olan Nuran Mirzəyevin cənazəsi 21 oktyabr 2020-ci ildə rayonun Qımıl kəndində dəfn olunub.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search