Previous Next

ADPU-da “İnklüziv təhsil üçün daimi peşəkar inkişaf” mövzusunda interaktiv seminar keçirilib

Azərbaycan Dövlət Pedaqoji Universiteti Təhsil Könüllüləri Tələbə Birliyinin (ADPU TKTB) SABAH qrupları təşkilatının  təşkilatçılığı ilə 3 Dekabr -  Beynəlxalq Əlillər Gününə həsr olunmuş “İnklüziv təhsil üçün daimi peşəkar inkişaf” layihəsi  həyata keçirilib. 

Layihə çərçivəsində təşkil edilmiş interaktiv seminarda ADPU-nun İbtidai təhsilin pedaqogikası kafedrasının baş müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru Gülşən Eminova “İnklüziv siniflərdə müxtəlif təlim üsulları”, “Təqdimat və çıxış bacarıqlarının formalaşdırılması”, “İnküziv siniflərdə bədən dilinin planlaşdırılması” mövzularında təqdimatla çıxış edib.

Seminarın ikinci hissəsində tələbələr qruplar şəklində  praktik tapşırıqlar icra edərək, təlimdən əldə etdikləri nəzəri  bilikləri əyani olaraq tətbiq ediblər.

Tələbələr tərəfindən böyük maraqla qarşılanan seminarın son mərhələsində icra edilən tapşırıqların nəticələri dəyərləndirilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search