Previous Next

Pedaqoji Universitetdə Bəkir Çobanzadənin 130 illiyi qeyd edilib

Dekabrın 10-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Filologiya fakültəsinin təşkilatçılığı ilə görkəmli ədəbiyyatşünas, şair Bəkir Çobanzadənin 130 illiyinə həsr olunmuş seminar keçirilib. Tədbirdə universitetin professor-müəllim heyəti, tələbələr, alim və ziyalılar iştirak ediblər.

Açılış nitqi ilə çıxış edən ADPU-nun Filologiya fakültəsinin dekanı dosent Könül Həsənova  Bəkir Çobanzadənin Azərbaycan filologiyası və türkologiyasının inkişafında əvəzsiz xidmətlərindən bəhs edib. Dos. K.Həsənova  Çobanzadənin elmi fəaliyyətinin və araşdırmalarının müasir elmi-tədqiqatlar üçün əhəmiyyətli mənbə olduğunu vurğulayıb.

 Bundan sonra Bəkir Çobanzadənin həyat və yaradıcılığını əks etdirən videoçarx nümayiş olunub.

Seminarda Azərbaycan Atatürk Mərkəzinin direktoru akademik Nizami Cəfərov məruzə ilə çıxış edib. Məruzədə Bəkir Çobanzadənin zəngin yaradıcılığı, türk dünyasının elmi və ədəbi irsinin araşdırılması baxımından həyata keçirdiyi işlər barədə geniş məlumat verilib, onun çoxcəhətli fəaliyyətinin Azərbaycan xalqının milli-mədəni yaddaşında xüsusi yer tutduğu qeyd edilib.

Seminarın davamında fakültənin Ədəbiyyat kafedrasının professoru Mahmud Allahmanlı, Müasir Azərbaycan dili kafedrasının professoru İbrahim Bayramov, Azərbaycan dilçiliyi kafedrasının müdiri professor Həcər Hüseynova, Azərbaycan dili və onun tədrisi texnologiyası kafedrasının müdiri dosent Həmzə Əliyev, Azərbaycan dilçiliyi kafedrasının müəllimi Fidan Yusifzadə çıxış edərək, şairin elmi-mədəni və ictimai fikrin formalaşmasında müstəsna xidmətlərindən bəhs ediblər.

Daha sonra seminar fakültənin nəzdində fəaliyyət göstərən "Meh" ədəbi dərnəyinin üzvlərinin çıxışları ilə davam edib.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search