Previous Next

ADPU-nun tərəfdaş olduğu daha bir Erasmus+ KA2 layihəsinə start verilir

Dekabrın 9-da Gürcüstanda “Cənubi Qafqazın ali təhsil müəssisələrində dəyərlər təhsilinin təşviqi” (PROVE) layihəsinin ilkin idarəedici görüşü keçirilib. Layihənin məqsədi Azərbaycan, Gürcüstan və Ermənistandan olan ali təhsil müəssisələrində (ATM) “Sülh Təhsili kursları”nın tətbiqi ilə regionda sülhün təşviqinə dəstək olmaqdır. Kurslar həm tələbələrə, həm də müəllimlərə dəyər və bilik təhsili əsasında yeni pedaqoji yanaşmaların öyrədilməsi məqsədi daşıyır. Layihə həmçinin, hər bir ATM-də öncədən və xidmət müddətində təhsil alan müəllimlər üçün uyğun kursların hazırlanmasını və həyata keçirilməsini nəzərdə tutur.

Görüşdə onlayn formatda çıxış edən ADPU-nun Beynəlxalq əlaqələr şöbəsinin müdiri Günay Məhrəmmova layihə çərçivəsində Pedaqoji Universitetin məqsəd və fəaliyyətləri barədə iştirakçılara ətraflı məlumat verib.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search