Previous Next

ADPU-da Heydər Əliyevin 100 illiyinə həsr olunmuş seminar: Azərbaycan tarixinin həqiqəti

Martın 16-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Heydər Əliyev Məktəbinin lektoriyasında Kimya və biologiya fakültəsinin professoru Əli Zalovun Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Azərbaycan tarixinin həqiqəti” mövzusunda seminarı keçrildi. Seminarda ADPU-nun sosial və humanitar məsələlər üzrə prorektoru professor Fikrət Rzayev, Kimya və biologiya fakültəsinin dekanı dosent Reyhan Ağayeva, Fizika fakültəsinin dekanı dosent Arzu Daşdəmirov, Biologiya və onun tədrisi texnologiyası kafedrasının müdiri dosent Anaxanım Yusifova, fakültənin professor-müəllim heyəti və tələbələr iştirak edib
Dos. R.Ağayeva seminarı açıq elan edərək sözü prof. Ə. Zalova verdi. Prof. Ə.Zalov seminarda Azərbaycan tarixi və Ulu Öndər Heydər Əliyevin siyasi fəaliyyəti haqqında geniş məlumat verdi. Seminar müəllim və tələbələr tərəfindən böyük maraqla dinlənildi.
Mövzu ətrafında çıxış edənlər Heydər Əliyev haqqında öz xatirələrini bölüşdülər. Daha sonra professor F.Rzayev çıxış edərək Ulu Öndərin siyası fəailiyyətinin dövlətimizin inkişafındakı rolundan danışdı.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search