Previous Next

Müəllim hazırlığının flaqmanı ADPU “Təhsil Festivalı”nda geniş stendlə təmsil olunub

Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) Astarada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə təşkil olunan təhsil festivalında geniş stendlə iştirak edib.
Tədbir Elm və Təhsil Nazirliyinin Lənkəran-Astara Regional Təhsil İdarəsi, Astara Rayon İcra Hakimiyyəti, Lənkəran Rayon Mədəniyyət İdarəsi, Lənkəran Dövlət Peşə Təhsil Mərkəzi tərəfindən Astara rayonunun dənizkənarı park-bulvar kompleksində təşkil olunub.
Tədbirin açılış mərasimində elm və təhsil naziri Emin Əmrullayev, Milli Məclisin deputatları, ziyalılar və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Əvvəlcə, Ümummilli Lider Heydər Əliyevin rayonun mərkəzində ucaldılan abidəsi ziyarət olunub.
Festivalın keçirilməsində məqsəd özəl sektor və ölkə üzrə təhsilin inkişafı üçün digər maraqlı tərəflər arasında regionda əməkdaşlıq platformasının yaradılmasına dəstək verməkdir. Festivalda müəssisələr xidmət və məhsullarından ibarət stendlər nümayiş etdirir, universitetlər, ümumi təhsil müəssisələri, peşə məktəbləri, bağçalar və məktəblərlə bağlı müxtəlif layihələr təqdim edirlər. Tədbir çərçivəsində tədris ilində xüsusi nailiyyətləri ilə fərqlənən şagirdlər, Vətən müharibəsi iştirakçıları olan təhsil işçiləri ilə görüşlər təşkil edilib.
Festivalda iştirak edən aparıcı ali təhsil müəssisələri arasında Azərbaycan Dövlət Pedaqoji Universiteti özünün geniş stendi və təqdim olunan təhsil xidmətləri ilə xüsusilə fərqlənib. Universitetin stedni ilə tanış olan elm və təhsil naziri Elmin Əmrullayevə son illər dövlətin yaxından dəstəyi ilə ADPU-da istər innovativ elmi-pedaqoji yanaşmaların tətbiqi, beynəlxalq əməkdaşlıq, istərsə də müasir tədris infrastrukturunun, laboratoriyaların yaradılması fonunda universitetdə qəbul planının tam dolduğu haqqında məlumat verilərək, keçirilən festivalda da cəmiyyətdə pedaqoji ixtisaslara və ADPU-ya böyük marağın təzahürünün əks olunduğu diqqətə çatdırılıb.
Ziyarətçilərin böyük marağına səbəb olan Pedaqoji Universitetin stendində son illərdə universitetdə aparılan elmi-tədqiqatların nəticələrinin əks olunduğu kitablar, dövri-elmi jurnallar, ADPU-nun 100 illik yubileyinə həsr olunmuş silsilə əsərlər, reklam və məlumat materialları nümayiş olunub. Hər peşə və yaş səviyyəsindən olan iştirakçılara, o cümlədən regionun məktəbli gənclərinə ali təhsilin bütün səviyyələri üzrə ADPU-nun təklif etdiyi geniş təhsil xidmətləri haqqında məlumat verilib, ziyarətçilərə hədiyyələr təqdim olunub.
Festival boyunca iştirakçılar kitab sərgilərində iştirak edib, düzgün ixtisas seçimi, təhsil tələbə kreditləri və s. ilə bağlı məlumatlandırılıb. Ümumilikdə festivala 5 minə yaxın iştirakçı qatılıb. Təhsil festivalı gün ərzində davam edib.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search