Mayın 22-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Türkiyənin Bahçeşehir Universitetinin nümayəndə heyəti ilə görüş keçirilib.
Görüşdə ADPU-nu universitetin rektoru professor Cəfər Cəfərov, beynəlxalq əlaqələr üzrə prorektor professor Mahirə Hüseynova, Tədris departamentinin direktoru dosent Sənan Əliyev, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Günay Məhərrəmova və Beynəlxalq əlaqələr şöbəsinin mütəxəssisi Gülnar Ələkbərova, Bahçeşehir Universitetini isə rektor prof. Şirin Karadeniz Oran, ULMER direktoru İhsan Alpargin, Qlobal Ofis direktoru Girayhan Yılmaz təmsil ediblər.
Görüşdə, həmçinin Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının nümayəndələri də iştirak ediblər.
Görüş əsnasında tərəflər təmsil etdikləri ali təhsil müəssisələri haqqında bir-birlərinə ətraflı məlumat verərək əməkdaşlıq imkanlarını müzakirə ediblər.
Bahçeşehir Universitetinin nümayəndə heyəti ilə görüşün yekununda rektorlar prof. Cəfər Cəfərov və prof. Şirin Karadeniz Oran universitetlər arasında qarşılıqlı əməkdaşlığa dair memorandum imzalayıblar.