Previous Next

ADPU-da “Bəkir Çobanzadə və müasir türk dünyası” mövzusunda ilk tələbə elmi konfransı keçirilib

May ayının 22-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) SABAH qruplarının təşkilatçılığı ilə görkəmli türkoloq alim, şair və ictimai-siyasi xadim, professor Bəkir Çobanzadənin 130 illik yubileyinə həsr olunmuş “Bəkir Çobanzadə və müasir türk dünyası” mövzusunda ilk tələbə elmi konfransı keçirilib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub, Vətən uğrunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Giriş sözü ilə çıxış edən ADPU-nun rektoru professor Cəfər Cəfərov, SABAH qruplarının İcra Komitəsinin rəhbəri Eldar Qocayev və ADPU SABAH Mərkəzinin rəhbəri Lalə Mürsəlbəyova Bəkir Çobanzadənin həyatı və yaradıcılığı haqqında fikirlərini bölüşərək, böyük alimin irsinə həsr olunmuş ilk tələbə elmi konfransının təşkilini yüksək qiymətləndiriblər.
Daha sonra konfransın qonaqları, Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru professor Sevinc Əliyeva, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının Bioloji, humanitar və ictimai elmlər şöbəsinin müdiri dosent Dürdanə Rəhimzadə, ADPU-nun Ədəbiyyatın tədrisi texnologiyaları kafedrasının professoru Yaqub Babayev, AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi katibi dosent Əzizağa Nəcəfov, BDU-nun elmi işçisi, ADPU-nun SABAH Mərkəzinin müəllimi Pərvin Eyvazov və Anar Fərəcov çıxış edərək, Bəkir Çobanzadənin həyatı, yaradıcılığına dair bilinməyən faktlardan, türkçülük ideologiyasının aktual problemlərindən, türk xalqlarının tarixi və mədəniyyətindən, türk filologiyası məsələlərinə verdiyi töhfələrdən tələbələrə ətraflı məlumat vermişlər.
Qeyd edək ki, konfransa 5 ali təhsil müəssisəsindən 78 tezis qəbul edilib. Bağlanış mərasimində məruzə edən tələbələr sertifikatla təltif olunub.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search