Previous Next

ADPU-da Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş olimpiadalar və müsabiqənin qalibləri mükafatlandırılıb

Mayın 26-da Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tələbələrin olimpiadalar və müsabiqənin qaliblərinin mükafatlandırma mərasimi keçirilib. İki mərhələdə keçirilən olimpiadalar və müsabiqənin yekun mərhələsində riyaziyyat, informatika, fizika, kimya, biologiya, Azərbaycan dili, Azərbaycan ədəbiyyatı, Azərbaycan tarixi, Azərbaycan coğrafiyası və ingilis dilindən olimpiadalar, təsviri-incəsənətdən isə müsabiqədə ümumilikdə 95 tələbə iştirak edib.
Mükafatlandırma mərasimində ADPU-nun rektoru professor Cəfər Cəfərov açılış nitqi ilə çıxış edərək, bu kimi tədbirlərin keçirilməsinin əhəmiyyətini vurğuladı, tələbələrin olimpiada və müsabiqələrdə iştirakının onların hazırlıq səviyyələrinin artırılmasında önəmli rol oynayan vasitə olduğunu vurğuladı.
Mərasimdə çıxış edən ADPU-nun elm və innovasiyalar üzrə prorektoru professor Asəf Zamanov olimpiadalar və müsabiqənin təşkili və keçirilməsi haqqında geniş məlumat verib, bununla bağlı Təşkilat Komitəsinin yaradıldığını qeyd etdi. Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə keçirilən tələbə olimpiadaları və müsabiqənin gedişindən danışan prorektor tədbirə fakültələrdə tələbələrin böyük marağının olduğunu qeyd elədi.
Daha sonra rektor elm sahələri üzrə olimpiadalar və təsviri-incəsənətdən müsabiqədə I, II və III yer tutan tələbələri mükafatlandırdı. Qeyd edək ki, I yer tutan tələbələr 200 AZN pul mükafatı və diplom, II yer tutan tələbələr 150 AZN pul mükafatı və diplom, III yer tutan tələbələr isə 100 AZN pul mükafatı və diplomla mükafatlandırılıb.
Yekunda qalib tələbələrdən çıxış edənlər öz potensiallarını reallaşdırmaq üşün yaradılan şəraitə görə universitet rəhbərliyinə təşəkkürlərini bildirərək, elmi-tədqiqat yönümlü layihələrin təşkilinin onların praktik inkişafına müsbət təsir etdiyini vurğuladılar.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search