Oktyabrın 17-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında Ümumelmi fənlər kafedrasının dəstəyi və Gənc Psixoloqlar Birliyinin (GPB) üzvlərinin təşkilatçılığı ilə növbəti elmi seminar təşkil olunub. Seminarda filialın Ümumelmi fənlər kafedrasının baş müəllimi, GPB-nin rəhbəri Kəmalə Ramazanova və GPB-nin üzvləri iştirak ediblər.
Seminarda “Qorxu, yoxsa fobiya?” mövzusunda təqdimat edən filialın “Təhsildə sosial-psixoloji xidmət” ixtisasının üçüncü tədris ili tələbəsi Aytac Mirzəliyeva qorxunun səbəblərindən, fobiyaların növlərindən danışaraq, qorxunun aradan qaldırılması yolları haqqında məlumat verib, mövzuya aid videoçarx nümayiş olunub. Seminarın sonunda tələbələr özlərinin qorxuları haqqında fikir mübadiləsi ediblər.