Our History
Azerbaijan Pedagogical İnstitute ( the present-day Azerbaijan State Pedagogical University ) was established on August 26, 1921 for preparing highly educated teachers staff based on the decree N66 accepted by the government. During a century it has developed much and become one of the most outstanding higher institutions of the country with 8 schools. Its first graduation was in acamedic year 1923-1924. Although it began its activity as Higher Pedagogical Male and Higher Pedagogical Female Institutes in the early periods, Azerbaijan Pedagogical Institute achieved great development. It was eventually named Azerbaijan State Pedagogical University in the 1990ths. Looking through the history and the way it passed, we learn that ASPU began its activity in national language with 6 students based on the decree on August 26. 1921. This first higher pedagogical institution was established to provide the newly organized schools with the highly- skilled teaching staff. Getting out of all difficulties of the time with honor this institute has preserved its leading role in formation of the spiritual values of the nation and the teachers who play an important part in the development of Azerbaijan culture, science and education system.
Tariximiz
Azərbaycan Pedaqoji İnstitutu (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) 26 avqust 1921-ci ildə hökumətin qəbul etdiyi 66 saylı qərarla alitəhsilli müəllim kadrları hazırlamaq üçün təsis edilib. Keçən bir əsrlik dövr ərzində daha da inkişaf edərək 8 fakültəyə malik ölkəmizin ən görkəmli ali məktəblərindən birinə çevrilib. Onun ilk buraxılışı 1923–1924-cü tədris ilində olmuşdur. İlk dövrlərdə Ali Pedaqoji Kişi və Ali Pedaqoji Qadın İnstitutları kimi fəaliyyətə başlasa da, böyük tarixi inkişaf yolu keçən Azərbaycan Pedaqoji İnstitutu XX əsrin 90-cı illərində Azərbaycan Dövlət Pedaqoji Universiteti adını alıb. ADPU-nun tarixinə və keçdiyi yola nəzər salanda görürük ki, 1921- ci il 26 avqust tarixli dekret əsasında 6 nəfər tələbə ilə milli dildə fəaliyyətə başlayan bu ilk ali pedaqoji təhsil ocağı yeni təşkil olunan I və II dərəcəli məktəbləri yüksəkixtisaslı pedaqoji kadrlarla təmin etmək məqsədilə yaradılmışdır.
Our achievements
Our successes are following each other.