Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) 2024/2025-ci tədris ili üçün magistratura səviyyəsinə sənəd qəbulu elan edir.
Pedaqoji Universitetdə magistratura səviyyəsi üzrə kadr hazırlığı Azərbaycan və rus bölməsi üzrə əyani formada həyata keçirilir.
Həmçinin, bu ildən Pedaqoji Universitetdə magistratura səviyyəsi üzrə Təhsildə qiymətləndirmə və monitorinq (SABAH) və Menecment (Ali təhsilin təşkili və idarə olunması) (SABAH) ixtisaslaşmalarına ilk qəbul aparılacaq və beləliklə, magistrantlar ADPU-da 30 ixtisaslaşma üzrə yüksək keyfiyyətli təhsil almaq imkanına malik olacaqlar.
ADPU-da qəbul aparılan magistratura ixtisaslaşmalarının siyahısı, eləcə də ixtisaslaşmalar üzrə qəbul planı və keçid balları ilə aşağıda tanış ola bilərsiniz.