Previous Next

Coğrafiyaçı tələbələr “Heydər Əliyev dərsləri”ndə iştirak ediblər

Dekabrın 7-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Heydər Əliyev Mərkəzi tərəfindən “Heydər Əliyev İli” ilə bağlı tədbirlər planı çərçivəsində keçirilən “Heydər Əliyev dərsləri”nin növbəti – 18-ci məşğələsində “Coğrafiya müəllimliyi” ixtisasının COG2301B və COG2302B nömrəli qrupları iştirak ediblər.
Tələbələr öncə müasir tariximizin parlaq səhifələrindən olan 1969-2003-cü illər arasındakı dövr haqqında mühazirəni dinləyiblər. Ulu Öndərin fenomenal şəxsiyyətinə, çoxşaxəli və genişmiqyaslı fəaliyyətinə həsr olunan mühazirənin ardından müxtəlif dövlətlərin rəhbərlərinin, tanınmış ictimai-siyasi xadimlərin Heydər Əliyev haqqında söylədikləri fikirlərdən ibarət slayd nümayiş olunub.
Mərkəzdəki eksponatlarla tanış olan tələbələrə Ulu Öndərlə bağlı 400-ə dək foto, arxiv sənədinin surəti, kitab, jurnal və məcmuə haqqında ətraflı  məlumat verilib. Heydər Əliyevin həyat və fəaliyyətinə, zəngin siyasi irsinə həsr olunmuş sənədli filmin izlənilməsindən sonra tələbələrin fəallığı ilə keçən son hissədə mövzu ətrafında  qarşılıqlı  sual-cavab və diskussiya aparılıb. 
İndiyədək Pedaqoji Universitetin 1000-dək tələbəsini əhatə edən “Heydər Əliyev dərsləri”  təqvim ilinin sonunadək xüsusi qrafik əsasında müxtəlif qruplarda  davam etdiriləcəkdir.

ADDRESS

Uzeyir Hajibeyli, 68, Sabail District,Baku, AZ1000

OUR NETWORK

Get to know our colleges and branches

NEWSLETTER

Enter your email and we'll send you more information

Search