Previous Next

Nəvai Dövlət Universitetinin müəllimləri ADPU-da təcrübə keçiblər

12-16 may 2025-ci il tarixlərində Özbəkistanın Nəvai Dövlət Universitetinin bir qrup müəllimi iki ali təhsil müəssisəsi arasında əməkdaşlığın genişləndirilməsi, akademik bilik və təcrübə mübadiləsinin həyata keçirilməsi məqsədilə Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) təcrübə keçiblər. 
Universitetin Praktik ingilis dili kafedrasının müdiri Dilfuza Qafurova, kafedranın dosenti İstamova Dilnoza və kafedranın baş müəllimi Burhanova Məmurə ADPU-nun infrastruktur imkanları, tədris mühiti ilə yaxından tanış olublar. Qonaqlara həmçinin ADPU-nun zəngin fonda malik Kitabxana-İnformasiya Mərkəzinin fəaliyyəti və müasir texnoloji imkanları haqqında ətraflı məlumat verilib.
Daha sonra müəllimlər Filologiya fakültəsinin İngilis dili müəllimliyi ixtisası üzrə təhsil alan III kurs tələbələri üçün mühazirələr keçib, onlarla interaktiv şəkildə müxtəlif mövzularda müzakirələr aparıblar. Mühazirələr zamanı müasir tədris metodları, dil öyrətmədə tətbiq olunan yanaşmalar və beynəlxalq təcrübə barədə məlumatlar tələbələrin marağına səbəb olub.

ADDRESS

Uzeyir Hajibeyli, 68, Sabail District,Baku, AZ1000

OUR NETWORK

Get to know our colleges and branches

NEWSLETTER

Enter your email and we'll send you more information

Search